23 iyul 2023 at 20:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85178788
T T
1 Persons

Tags

Azərbaycan Respublikasının mətbuatında İRNA azərinin açılışının əks-sədası

Tehran - İRNA - İslam Respublikası Xəbər Agentliyinin (İRNA) onuncu xarici dili olaraq "İRNA azəri" internet saytının açılması və bu xəbər agentliyinin Bakıdakı ofisinin tezliklə açılacağı Azərbaycan Respublikası mediasında geniş əks-səda doğurdu.

İRNA-nın məlumatına görə; Azvision xəbər saytı İslam Respublikası Xəbər Agentliyinin Azərbaycan dilində saytının fəaliyyətə başlaması ilə bağlı reportajda, bu addımla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərini yenidən dərc edib.

Bu reportajda bildirilir; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikası Xəbər Agentliyinə (İRNA) uğurlar arzulayıb. O, bu addımı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində müsbət addım kimi qiymətləndirib.

Axar.az İnformasiya Agentliyi öz xəbərində İRNA-nın azəri bölməsinin açılması barədə Azərbaycan Respublikası Prezidentinin müsbət reaksiyasına diqqət çəkib.

ərbaycanın rəsmi xəbər agentliyi olan AZƏRTAC xəbər agentliyi də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" forumunun işıqlandırılması ilə bağlı xəbərdə Azərbaycan Respublikası Prezidentinin İRNA-nın Azəri bölməsinin açılması ilə bağlı sözlərinə xüsusi yer verərək dərc edib.

Həmçinin, bir çox müxtəlif azəri dilli Teleqram kanalları da Azərbaycan Respublikası Prezidentinin İRNA Azəri saytının açılması ilə bağlı bəyanatlarını dərc etmişlər.

Məlumata görə, Sputnik Azərbaycan, İctimai TV, APA, Report.az, MOUZE və AZERBAIJAN 7/24 Teleqram kanalları İRNA-Azəri saytının fəaliyyətə başlaması ilə bağlı xəbərlər veriblər.

Azərbaycan Respublikasının prezidenti dedi: Əminəm ki, İRNA Tehran və Bakı arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

İRNA-nın müxbirinin verdiyi məlumata görə, İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" forumu çərçivəsində İRNA-nın azərbaycanca internet saytının açılması və İRNA-nın Bakı ofisinin yenidən açılması ilə bağlı İRNA müxbirinin sualına cavabında deyib: Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV kimi sözsüz ki, qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər.

O, əlavə etdi: Düşünürəm ki, ən yaxşı üsul İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır.

Azərbaycan Respublikasının prezidenti vurğuladı: Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti, ələlxüsus, Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun.

İlham Əliyev Azərbaycan Respublikasında İRNA-nın sədrlərinə və jurnalistlərə uğurlar arzulayaraq qeyd etdi: Əminəm ki, siz münasibətlərin güclənməsində müsbət rol oynayacaqsınız.

İRNA-nın məlumatına görə, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" forumu 21 iyuldan etibarən üç gün ərzində Azərbaycan Respublikasının Şuşa şəhərində keçirilir.

İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru Əli Nadiri sözügedən iclasda iştirak etməklə yanaşı, az.irna.ir ünvanında İRNA-nın azəri internet səhifəsini də açıb və İRNA-nın Bakı bürosunun tezliklə fəaliyyətə başlayacağını bildirib.

İslam Respublikası Xəbər Agentliyi (İRNA) İranda ilk media agentliyi mərkəzi olaraq 1934-cü ildə yaradılmışdır.

İslam Respublikası Xəbər Agentliyi beynəlxalq səviyyədə tanınmış media orqanıdır və İran İslam Respublikasının əsas xəbər agentliyi və rəsmi orqanı kimi dünyanın digər xəbər agentliklərinin diqqət mərkəzindədir və xəbərlərini fars dilindən əlavə dünyanın 10 rəsmi dilində də dərc edir.

Hal-hazırda fars dili ilə yanaşı; İRNA İran və dünyanın mühüm xəbərlərini ingilis, ərəb, fransız, rus, ispan, türk, çin, alman, azəri və urdu dillərində dərc edir.

Sizin rəyiniz

You are replying to: .